Azərbaycanda milyonlarla tibbi maska satılıb – RƏSMİ + VİDEO

“Fevralın 24-dən bu günə qədər Azərbaycanda 24 milyondan artıq maska satışa çıxarılıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, onlardan 18 milyonu satılıb:

“Hazırda altı milyon tibbi maska ehtiyatda saxlanılır. Gün ərzində ölkədə 250 min maska istehsal edilir”.

“May ayının sonuna qədər 10 milyon tibbi maska ehtiyat üçün Azərbaycana gətiriləcək. Azərbaycanda qapalı yerlərdə tibbi maskalardan istifadə mütləqdir”, – deyə İ.Məmmədov əlavə edib.