Bu xəstəliyi olanlara balıq yağı zərərlidir:Həkim MƏSLƏHƏTİ

Rusiyalı məşhur həkim Yuri Belenkov “Rossiya 1” telekanalı ilə yayımlanan “O samom qlavnom” proqramında iştirak edib və balıq yağının kimlər üçün faydalı olduğu barədə danışıb.

Həkim eyni zamanda kimlərin bu yağdan istifadə edərkən diqqətli olmaları və ona ehtiyatla yanaşmaları barədə də fikirlərini bildirib.

“Balıq yağının qəbulu zamanı o, membran hüceyrələrinin strukturuna yerləşir və buna görə də maddələr mübadiləsi prosesləri yaxşılaşır. Balıq yağı immuniteti möhkəmləndirən bir vasitədir. Ürək və beyin hüceyrələrinin də işini yaxşılaşdırır. Ürək-damar xəstəlikləri zamanı da vazkeçilməzdir”,- deyə həkim bildirib.

Həkim eyni zamanda qeyd edib ki, açıq vərəm, mədə-bağırsaq, qaraciyər və böyrək və qan xəstəlikləri zamanı balıq yağından istifadə qadağandır.