“Cəzalar artacaq və sərtləşəcək” – XƏBƏRDARLIQ

“Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca, məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, cərimələrdən qaçmaq mümkün olmayacaq:

“Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunub. Sənəd təsdiqləndikdən sonra müvafiq qərar elan olunacaq”.