Koronavirus əmək bazarını alt-üst edəcək – Bədbin nəticə

Koronavirus pandemiyası yaxın 2-3 ayda dünyada hər altıncı şəxsin işsiz qalmasına səbəb ola bilər. “RİA-Novosti”nin məlumatına görə, belə bədbin nəticəyə “Boston Consulting Group”un (BCG) apardığı tədqiqatlardan sonra gəlinib.

Tədqiqata görə, dünya əhalisinin az qala üçdə biri – 2 milyard nəfərə yaxın insan 2020-ci ildə işini tamamilə itirmək və ya natamam məşğulluğa keçmək təhlükəsi ilə üzləşəcək. Beynəlxalq Əmək Təşkilatının proqnozuna əsasən işçi gəlirlərində itkinin həcmi 3,4 trilyon dollara, işsizlik səviyyəsi isə 17 faizi ötəcək.

BCG-nin analizinə görə, iş yerini itirmələrin 80 faizdən yuxarısı qeyri-ərzaq satışı,emal sənayesi, mehmanxana və restoran biznesi, turizm və tikintidə çalışanlar olacaq. Həmçinin qeyd olunur ki, avtomatlaşdırma nəticəsində mövcud iş yerlərinin 12 faizi riskə məruz qala bilər, iş yerlərinin 30 faizində isə işçilərdən əlavə bacarıqlara yiyələnmələri tələb olunacaq. Bütün işçilərin 10 faizdən çoxunun uzaqdan işləməyə başlayacağı gözlənilir.