Qəribə arı tapıldı – Həm dişidi, həm də erkək

Panamadakı Barro Kolorado adasında qəribə arı cinsi tapılıb.

Yarısı erkək, yarısı dişi olan arı Panamanın bitki alimi Erin Kriçilski və Kornel Universitetinin elmi qrupu tərəfindən aşkarlanıb.

Tədqiqat qrupu Mərkəzi və Cənubi Amerikada gecə saatlarında uçan arıların “Megalopta amoenae” növünün “sirkad ritmləri”ni müəyyən edərkən bu arı ilə qarşılaşılıb.

Mütəxəssislər arının sol tərəfində fizioloji cəhətdən kiçik, incə çanaqlı, uzun antenalı, daha az tüklü, zəif və həssas arxa əzası olduğunu aşkarlayıblar. Fiziki cəhətdən dişiyə xas olan heyvanın sağ tərəfində isə qısa antena, gözlə görünən çanaq sümüyü, qalın və tüklü arxa ayaq müəyyən edilib.