Çin şirkətlərinə ABŞ məhsullarının idxalını qadağan etdi

Çin dövlət şirkətlərindən ABŞ-dan soya və donuz əti idxalını dayandırmasını tələb edib.
Vaşinqton Pekin və ya Honq Konqa qarşı daha məhdudlaşdırıcı tədbirlər görsə, Çin ABŞ-dan kənd məhsulları qadağalarının siyahısını artıra biləcəyini açıqlayıb.
Qeyd edək ki, mayın 29-da ABŞ prezidenti Donald Tramp Pekinin fəaliyyəti ilə əlaqədar olaraq, Honq Konqun bütün imtiyazlarını ləğv etmə prosesinə başladığını deyib. Bunlar ixrac nəzarəti, ikili texnologiyaların istifadəsi və malların gömrük rəsmiləşdirilməsidir.