Azərbaycanda “Son zəng” keçirilməyəcək -RƏSMİ

Təhsil Nazirliyi “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.
 Nazirlikdən bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.
Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.