Türkiyədə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ baş verib. 

Osmaniyənin Kadirli bölgəsində Rixter şkalası ilə 4 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, zəlzələ gecə saat 02:22 radələrində yerdən 29 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.