Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır”

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsinə də etiraz edib.

 

Deputat bildirib ki, Saqiyan türk adıdır:

 

“Bununla bağlı iyunun 8-də Milli Məclisin Toponimiya Komissiyasının iclası keçiriləcək. Həmin kəndin adının dəyişdirilib, Günəşli qoyulması təklif olunur. O kəndin adı türk adıdır. Ona görə kəndin adının dəyişdirilməsinə etiraz edirəm”.