Koronavirus xəstələri dalaşdı – 1 nəfər bıçaqlandı

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən xəstəxanalardan birində koronavirus xəstələri arasında dava düşüb.

15 saylı xəstəxananın terapiya korpusunda pasiyentlər nəyisə bölüşdürə bilməyiblər və onlardan biri əlindəki bıçaqla digərini yaralayıb.
Baş vermiş hadisənin təfərrüatı araşdırılır.