Zabratda kürəkən qaynanasını döyüb xəstəxanalıq etdi

Bakıda ailə məişət zəminində döyülmə hadisəsi baş verib.

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Hacıyeva Xanım Əli qızı kürəkəni tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.