“Kirs” tikinti şirkətinin uğurları danılmazdır – Fotolar + VİDEO

Əziz oxucular!

Bu dəfəki müsahibimiz Mingəçevir şəhərində fəaliyyət göstərən “Kirs” firmasının direktoru Kərim Məmmədovdur.

Onu yaxından tanıyaq:

Kərim Məmmədov orta məktəbi Şuşa şəhərində fərqlənmə ilə bitirib. Ailəlidir, 3 övladı və 3 nəvəsi var. Kərim Məmmədov rəhbəri olduğu “Kirs” tikinti şirkətində 175 nəfər işçi heyəti çalışır. İşçilərin orta aylıq əmək haqqı 600-900 AZN arasında dəyişir. Özünün zəhməti və bacarığı hesabına rəhbər pilləsinə yüksələn Kərim müəllim hər il Şuşa şəhid ailələrinə yardım etməyi də unutmur.

Ölkəmizin çətin dönəmdə olduğu pandemiya zamanı Kərim Məmmədov cənab ölkə başçımızın “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” sahibi olduğu şirkət hesabından 30.000 manat ianə etmişdir.

Həmsöhbətimizdən şirkət haqqında ətraflı məlumat verməsini xahiş etdik. Özünün dediklərindən:

“- “Kirs” firması 1988-ci ildə Azərbaycan SSR-nin qanunvericiliyinə əsasən Şuşa rayonunda kooperativ kimi fəaliyyətə başlamışdır. Kooperativ 1992-ci ilin may ayına kimi Şuşa şəhərində fəaliyyət göstərmişdir. “Kirs” firmasının adı Kiçik Qafqaz dağ silsiləsinin zirvələrindən biri olan Kirs zirvəsinin adı ilə adlandırılmışdır. Elan olunmamış Dağlıq Qarabağ müharibəsi dövründə strateji əhəmiyyətli alternativ yolların çəkilişi, mühəndis istehkam qurğularının tikintisində kooperativin kollektivi bütün qüvvəsi ilə çalışmışdır.

Məlum hadisələrlə bağlı kooperativin kollektivi Dağlıq Qarabağ ərazisindən çıxardıldıqdan sonra Mingəçevir şəhərində məskunlaşmış və çətinliklə də olsa öz tikinti fəaliyyətini bərpa etmişdir.

Hazırda “Kirs” firması Azərbaycanın inkişafında fəal iştirak edir, bir neçə iri dövlət əhəmiyyətli layihələrdə baş podratçı kimi fəaliyyət göstərmiş və hal hazırda fəaliyyətini davam etdirir göstərir. 2016-cı ildə “Kirs” firmasının Gürcüstan Respublikasındakı filialı “Kirs Georgia” fəaliyyətə başlamış və bir neçə layihəni uğurla tamamlamışdır.

Şirkətin fəaliyyət sahəsi aşağıdakılardan ibarətdir:

– Bütün növ mülki tikinti işləri (məktəb, hərbi- hissə, yataqxana, poliklinika və s.)

– Su təchizatı və kanalizasiya sistemləri üzrə magistral (kollektor) və paylayıcı şəbəkə xətlərinin tikintisi (HDPE, CHDPE, polad, dəmir- beton)

– Su anbarlarının tikintisi

– Elektrik güc xətlərinin çəkilişi

– Su və kanalizasiya nasos stansiyalarının tikintisi

– Suvarma şəbəkələrinin tikintisi

– Kənd təsərrüfatında avtomatik suvarma sistemlərinin qurulması

– Yolların, yolötürücü qurğuların tikintisi və bərpası işləri

– Sahilbərkitmə işləri”.

Ətraflı və dolğun tanışlıq verdiyi üçün Kərim Məmmədova dərindən təşəkkürümüzü bildirərək, ona bundan sonrakı fəaliyyətində də yalnız və yalnız uğurlu göstəricilər göstərməsi diləyilə xoş arzularla ayrıldıq.

 

Mənzər Qurbanova