Azərbaycanda iki uşaq atası qayınatasını və qaynını bıçaqladı

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Niyazov Zaur Nuhbala oğlu ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Qəhrəmanov Əhliman Şəkər oğlunu və qaynı, 1990-cı il təvəllüdlü Qəhrəmanov Nurlan Əhliman oğlunu bıçaqlayıb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.