BMT-də məsafəli iş rejiminin müddəti uzadıldı

BMT-nin Nyu-Yorkdakı qərargahının əməkdaşları ən azı iyul ayının sonunadək məsafəli işləməyə davam edəcəklər.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin üzv ölkələrin diplomatik nümayəndəliklərinə göndərdiyi məktubda bildirilir.
Xatırladaq ki, BMT qərargahında mart ayının ortalarından yalnız katibliyin ən mühüm əməkdaşları işləyir. Təhlükəsizlik Şurası, Baş Assambleya, ECOSOC-un (Birləşmiş Milətlər İqtisadi və Sosial Şurası) iclasları isə video formatında keçirilir.
Bundan əvvəl BMT baş katibinin sözçüsü Stefan Düjarrik brifinq zamanı bütövlükdə təşkilatın 953 əməkdaşının koronavirusa yoluxduğunu bildirmişdi.