Koronavirusdan ölənləri dəfn etmək üçün köhnə məzarlar boşaldılacaq – FOTO

Yeni növ koronavirus epidemiyasıdan ən çox təsirlənən ikinci ölkə olan Braziliyada xəstəlik nəticəsində ölənləri dəfn etmək üçün köhnə məzarlardan ölülərin qalıntıları çıxarılacaq. 

 
Ölkənin ən çox əhalisi olan Sno Paolo şəhərində artıq qəbiristanlıqlarda yer olmadığı və ölənləri dəfn etmək üçün köhnə məzarlardakı qalıqların çıxarılaraq 12 konteynerdə saxlanacağı bildirilib.
Hər birinə 20 cənazə qalıqlarının sığacağı yeni konteynerlərin 15 gün içində isitfadə edilməsi  planlaşdırılır.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ən az 3 il əvvəl dəfn edilmiş şəxslərin qalıqları yaxınlarının iştirakı ilə məzardan çıxarılaraq saxlanacaq, kimsəsizlərin qalıqları isə uyğun bir şəkildə yox ediləcək.
Qeyd edək ki, Braziliyada bu günə qədər koronavirus səbəbi ilə 42 minə yaxın insan həyatını itirib.