Bəhram Bağırzadənin həyat yoldaşından açıqlama: “Ailə üzvlərinin hamısı…”

“Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, vəziyyəti stabil olaraq qalır”.

Bunu açıqlamasında əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, ailə üzvlərinin hamısı iki dəfə testdən keçib və nəticələr neqativ çıxıb.