Çempionlar Liqasının final matçları bu şəhərlərdə keçiriləcək

Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının keçiriləcəyi məkanlar məlum olub.

UEFA ən nüfuzlu klub turnirinin 2020/21 və 2021/22 mövsümünün həlledici görüşlərinin şəhərini müəyyənləşdirib.

Cari mövsümün 1/4 final mərhələsindən bütün oyunlarını Lissabona verən qitə futbol qurumu əvəzində növbəti mövsümün finalını İstanbula həvalə edib. 2022-ci ildəki həlledici qarşılaşma isə Sankt-Peterburqda olacaq. Mənbənin bildirdiyinə görə, UEFA iyunun 17-də keçiriləcək videokonfransında bu qərarını açıqlayacaq.

Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyası səbəbindən 1/8 final mərhələsindən dayandırılıb. Turnirin avqustda bərpası planlaşdırılır.