Şərq Tərəfdaşlığının növbəti sammitinin vaxtı məlum oldu

“Növbəti Şərq Tərəfdaşlığı sammiti 2021-ci ilin martında Brüsseldə keçiriləcək”.
Bunu Avropa Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin liderlərinin videokonfransının yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
S.Mişel qeyd edib ki, bugünkü videokonfrans proqramın gələcəyini müzakirə etməyə, eləcə də gələn ilin martında keçiriləcək və yekununda bəyannamə qəbul ediləcək növbəti sammitin gündəliyini hazırlamağa imkan verib.
“Bu gün tərəfdaşlarımıza dəstək göstərərək koronavirus pandemiyası dövründə həmrəyliyin vacibliyini vurğuladıq. İllərdir “Şərq Tərəfdaşlığı” proqramı qarşılıqlı faydalı olduğunu sübut edir”, – o bildirib.