Qarın piylərini əridən EFFEKTİV ÜSUL

 

“Medical Xpress” saytında yer alan xəbərə görə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) tədqiqatçıları gündəlik qəhvə qəbulu və bədən yağları arasındakı əlaqəni araşdırıb.

Araşdırmada qəhvənin orqanizmə faydaları açıqlanıb. Məlum olub ki, gündə 2 və ya 3 fincan qəhvə qarın bölgəsindəki yağları əritmək üçün çox təsirlidir. Üstəlik, qəhvənin kofein tərkibli olub-olmamasının əhəmiyyəti yoxdur.

Bildirilib ki, sadəcə şəkər əlavə etmədən qəhvə içmək kofeinin yağ yandırıcı təsirini artırır. Şəkər əlavə olunduğu zaman isə qəhvənin yağ yandırıcı təsiri pozulur və bədən tərəfindən ifraz edilən “katexolamin” adlı yağ yandırıcı təsirsiz olur, çünki şəkər insulinin ifrazını artırır.