Bakı polisindən əməliyyat: Dörd narkotacir ələ keçdi

Bakıda heroin alveri ilə məşğul olan dəstə yaxalanıb.
Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıb.
Üzərinə baxış zamanı A.Orucovdan 1 kiloqram 9 qram heroin, Ə.Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 1983-cü il təvəllüdlü Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.