“ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”

İran Prezidenti Həsən Ruhani müəyyən şərtlərlə rəsmi Tehranın Vaşinqtonla danışıqlara başlaya biləcəyini deyib.
Həsən Ruhani bu barədə televiziyada çıxışı zamanı bildirib.
“Vaşinqton üzr istəyib nüvə sazişinə dair öhdəliklərini yerinə yetirərsə və 2015-ci il müqaviləsindən çıxmasına görə Tehrana kompensasiya ödəyərsə, o zaman ABŞ-la danışıqlar aparmaqla bağlı heç bir problemimiz qalmaz”, – deyə H. Ruhani qeyd edib.
İran Prezidenti vurğulayıb ki, ABŞ-ın Tehrana danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir və yalandır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.