ABŞ Səfirliyi Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanı təbrik edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Səfirliyin “Facebook” səhifəsindəki paylaşımda yazılıb:
“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.