Bill Geytsdən VİRUS AÇIQLAMASI: “Yer kürəsinin 60-70%-i yoluxacaq”

 
Microsoft şirkətinin keçmiş prezidenti, dünyanın ən zəngin ikinci iş adamı Bill Geyts koronavirus pandemiyası ilə bağlı yeni açıqlama verib.
Milyarder kəşf olunacaq vaksinin virusun yayılmasının qarşısını almayacağı fikrindədir. O, Minnesota Universitetinin İnfeksion Xəstəliklərin Tədqiqi Mərkəzinin direktoru Maykl Osterholmun fikri ilə də razılaşıb. Osterholm planetin 60-70%-nin virusa tutulacağını proqnoz etmişdi.
“Vaksinin kəşfi koronavirusun yayılmayacağı təminatını vermir. Virsuun yayılması Yer kürəsi sakinlərinin 60-70%-i yoluxmayana qədər davam edəcək”.
Bununla belə, milyarder vaksinin 2 məsələdə – insanların fərdi müdafiə qabiliyyətinin artmasında və xəstəliyi başqalarına keçirməsinə mane olacağı fikrindədir.
Bill Geyts dünya əhalisinin peyvənd olunması üçün 1,6 milyard dollar vəsait ayırıb.