ABŞ-dan yeni ittiham – Rusiya XİN təkzib edir

“ABŞ kəşfiyyat belə qənaətə gəlib ki, Rusiyanın hərbi kəşfiyyatı amerikalı, eləcə də beynəlxalq koalisiyanın hərbçilərini öldürən “Taliban” hərəkatı ilə əlaqəsi olan Əfqanıstan silahlılarına mükafat təklif edib”.

Bu barədə “The New York Times” yazıb.

Qəzetin yazdığına görə, Rusiyanın hərbi kəşfiyyatının ötən il Avropada qətl cəhdləri ilə bağlı ABŞ bir neçə ay əvvəl məlumata malik olub. Cinayətkar qruplarla əlaqəsi olan həmin silahlılar bu əməllərinə görə müəyyən məbləğ alıblar.

Bildirilib ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı məlumatlandırılıb. Ağ ev Rusiyaya münasibətdə hələ ki, heç bir addım atmayıb. Qeyd edilib ki, 2019-cu ildə Əfqanıstanda ABŞ-ın 20 hərbçisi öldürülüb.

Rusiyanın Xarici İşlər Nazirliyi “sifarişli qətllərlə bağlı” qəzetin yaydığı məlumatı təkzib edərək, onun həqiqətəuyğun deyil, uydurma olduğunu bildirib.