Nəcib əməl sahibi – Hacı Qəhrəman Hüseynbala oğlu – foto

Dəyərli oxucular!

Bildiyiniz kimi, 29 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixədək ölkəmizdə  ciddi karantin rejimi elan olunub. Bu müddət ərzində əksər iş yerləri bağlanmış, ölkə vətəndaşları “evdə qal” şüarına səslənmişdir. Aydın məsələdir ki, belə olan halda insanlar maddiyyat cəhətdən istər-istəməz sıxıntıyla qarşılaşacaq. Lakin cənab Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, o, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmış və özünün bir illik məvacibini ora köçürməklə bir çox imkanlı şəxslərə, sahibkarlara, məmurlara vətənpərvərliklərini nümayiş etdirmələri üçün çağırış etmişdir.

 

Çox təqdiredici haldır ki, belə vətənpərvər şəxslərimizdən biri də Siyəzən rayonunda fəaliyyət göstərən Çörəkbişirmə zavodunun müdiri Əzizov Hacı Qəhrəman Hüseynbala oğludur. Bu şəxs cənab Prezidentimizin siyasətini dəstəkləyərək çox nümunəvi addım atıb. Belə ki, 29 mart 2020-ci il tarixdən 20.04.2020-ci il tarixədək (karantin dövrü) 0.40 AZN qiymətində olan çörəyin qiymətində 0.10 AZN endirim edilməsi haqqında göstəriş vermiş, beləliklə, insanların çörəklə təmin olunmasında sıxıntı yaşamamalarına dəstək olmuşdur.

Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.

Aja-az.info olaraq bu gün nəcib əməli ilə Siyəzənin adını ucalara qaldıran Əzizov Hacı Qəhrəman Hüseynbala oğluna insani keyfiyyətinə görə dərindən minnətdarlığımızı bildiririk.

Elvin Qurbanov