Ermənistan ordusunun mayor və kapitanı məhv edildi – RƏSMİ

Ermənistan Müdafiə nazirliyi təmas xəttində yeni itkilərinin olduğunu etiraf edib.
Bu barədə düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat yayıb.
O, açıqlamasında Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin öldüyünü bəyan edib. Bunlar mayor Garuş Vermiri Hambardzumyan və kapitan Sos Paylaki Elbakyandır.
Amma qeyri-rəsmi məlumatlarda, ermənilərə məxsus sosial şəbəkələrdə düşmən ordusunun itkilərinin qat-qat çox olduğu bildirilir.