Goranboy rayonu Səmədabad kənd sakini məhsulu suvarmağa su tapmır – VİDEO

Əziz oxucular!

Bildiyiniz kimi, dəfələrlə bizə ünvanlanan şikayətləri saytımızda işıqlandırmaqla vətəndaşlara əlimizdən gələn köməkliyi əsirgəməmişik. Belə şikayətlərdən biri də bu dəfə Goranboy rayonu Səmədabad kənd sakini İbrahimov İlham tərəfindən gəldi. Kənd sakini iddia edir ki, Prezidentin göstərişi ilə pambıq sahəsi əksə də, bu gün məhsulunu suvarmaq üçün əziyyət çəkir. Belə ki, o, aidiyyatı orqanlara dəfələrlə müraciət etsə də, onun bu çağrışına səs verən yoxdur.

Üç övlad sahibi olan İbrahimov İlham şikayətində onu da bildirdi ki, dəfələrlə Goranboy Rayon İcra Hakimiyyətinin nümyəndəliyinə, Goranboy Suvarma Sistemləri İdarə rəhbəri Rauf müəllimə dəfələrlə müraciət etsə də hər dəfə etiasızlıqla qarşılaşıb.

Bu gün məhsulunun susuzluqdan yanma təhlükəsi ilə üzləşən vətəndaş İlham İbrahimovun tək çarəsi ölkə rəhbəri cənab İlham Əliyevə müraciət etməkdir.

Mövzunu diqqətdə saxlayacağıq.

Daha ətraflı videosüjetdə:

Seymur Məmmədov,

“aztv.news”