Rusiya Baş naziri Paşinyanın Azərbaycandan şikayətinə necə cavab verdi?..-FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə Rusiya hökumətinin başçısı Mixail Mişustinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək istəyib.

Bu haqda  “RİA Novosti”  məlumat yayıb.

 

“Görüşümüz Ermənistan-Azərbaycan sərhədində artan gərginliklə üst-üstə düşür. Azərbaycan qoşunları Ermənistan sərhədlərinə hücum etmək qərarına gəldi. Bu hadisələr üçüncü tərəfin təhrikləri fonunda baş verir və kimin nədə maraqlı olmasını anlamalıyıq “deyə Paşinyan Minskdə Mişustinlə görüşdə bildirib.

 

P.S.  Bu posta gəldiyi ilk gündən anasının erməni olması haqqında məlumatlar yayılmış Rusiya Baş nazirinin erməni həmkarına hansı cavabı verməsi haqda isə hələlik məlumat yayılmayıb…