Qızılın qiyməti tarixi maksimumuna yaxınlaşdı

Qızılın qiyməti cümə günü axşam saatlarında 2011-ci ilin sentyabrından bu yana ilk dəfə bir unsiya üçün 1900 dollar həddini keçib və tarixi maksimuma yaxınlaşıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Saat 17:05-ə olan göstəricilərə görə, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersinin qiyməti 0.74 faiz və ya 13.35 dollar qalxaraq, bir troy unsiyası üçün 1902.95 dollara bərabər olub.

Beləliklə göstərici 2011-ci ilin sentyabrında qeydə alınmış tarixi maksimuma (1 unsiya üçün 1911.6 dollar) yaxınlaşıb.