Putinlə Zelenski arasında telefon danışığı olub


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçıları Ukraynadaxili böhranın nizama salınmasının müxtəlif aspektlərini müzakirə ediblər. Putin və Zelenski Donbasdakı yeni atəşkəs tədbirlərinin təmas qrupu tərəfindən razılaşmanı müsbət qiymətləndiriblər.
Rusiya prezidenti Minsk razılaşmasının reallaşmasının vacibliyini vurğulayıb. Dövlət başçıları əlaqə qrupu çərçivəsində danışıqların səmərəliliyinin artırılmasının zəruriliyini qeyd ediblər.