Naxçıvanda sənaye istehsalı 1% artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-da 561,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub
Bu, ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.
Sənaye məhsulu istehsalının 96,3%-i malların, 3,7%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2% təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.