ABŞ-da atışma: Ölənlər və yaralanan var

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində baş vermiş atışma nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə “St. Louis Post-Dispatch” qəzeti məlumat yayıb.

Polisə yerli vaxtla 14:00-da atışma ilə bağlı məlumat daxil olub. Hadisənin dəqiq səbəbləri bəlli olmasa da, yerli hakimiyyət orqanları qruplaşmalar arasındakı mübahisələrin atışmaya şərait yaratdığını qeyd edib.