Mərkəzi Bank uçot dərəcələri ilə bağlı qərar verdi

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişdirilməsi barədə qərar verib.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, uçot dərəcəsi 7 faizdən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. 

Faiz dəhlizinin yuxarı həddi 7,25  faiz, aşağı həddi isə 6,25 faiz müəyyən olunub.

İlhamə Əbülfət