Ağsaqqalların yeri dolmur… – Foto

 

Bu gün Tovuz şəhər Aşıq Əsəd Rzayev adına uşaq musiqi məktəbinin direktoru Əsədova Məftunə xanımın atası Əsədov İmran Abbasəli oğlunun vəfatı haqqında acı xəbəri eşitdik. Onu tanıyan hər kəs bütün illər ərzində İmran müəllimin yaşamaq həvəsi ilə dolu, bütün hadisələrə gənclik eşqi ilə yanaşan, düşüncələrindəki işığı, aydınlığı heç vaxt itirməyən bir insan kimi dəyərləndirir. Ahıllıq illərində də gənclik şuxluğunu saxlayan bu şəxsiyyəthəmişə el-obanın xidmətində olduğundan, hələ gənclik illərində də öz ağlı və müdrikliyi ilə ağsaqqal mərtəbəsində dayanmışdı.

85 yaşlı riyaziyyat müəllimi Əsədov İmran Abbasəli oğlunun vəfatıyla əlaqədar olaraq Tovuz şəhər Aşıq Əsəd Rzayev adına uşaq musiqi məktəbinin direktoru Əsədova Məftunə müəllimənin bugünkü kədərinə dərin hörmətlə yanaşaraq, ona Allahdan bol-bol səbr diləyirik.

Allah rəhmət eləsin!

“qaynar-xett.az”

Zaur Əhmədov