Boççia millimiz Zaqatalada məşqlərə başladı – FOTO

Boççia idman növü üzrə Azərbaycan millisinin idmançıları təlim-məşq toplantısında iştirak edirlər.

Oxu.Az xəbər verir ki, millinin üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam etdiriblər.

Artıq onlar Zaqatalada hazırlıqlara başlayıblar.

İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10-19 avqust tarixlərində boççia millisi 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq toplanışında iştirak edir.

Təlim-məşq toplanışı Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, təlim-məşq toplanışı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edir.

Boççia yüngül topla oynanılan, İtaliyanın boççe idman növü əsasında yaradılmış paralimpiya idman növüdür.