Quba rayon Qırmızı qəsəbə bələdiyyəsinin yüksək göstəriciləri danılmazdır – foto

Müstəqil Azərbaycan Respublikasında 1999-cu ilin dekabr ayından fəaliyyət göstərən bələdiyyələrin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin sosial, iqtisadi, ekoloji, hüquqi problemlərinin həllində yaxından iştirak edirlər.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bələdiyyələr haqqında 2004-cü ildə söylədiyi “Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir ki, keçirilir, müəyyən təcrübə var. Bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artacaq, onlar yerlərdə konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır, gələcəkdə inkişaf edəcəkdir” fikri bələdiyyələri ruhlandıraraq onların fəaliyyətinə təkan vermişdir.

Quba rayon Qırmızı qəsəbə bələdiyyəsi 2000-ci ildən fəaliyyət göstərir. Sözügedən dövlət müəssisəsinə Yadadayeva Yafo Ariilovna 2015-ci ildən sədrlik edir. Bələdiyyəyə rəhbərlik etdiyi 6 il müddətində rayonda xeyli sayda təmizli-abadlıq işləri görülüb. Hər il 20 yanvar, Novruz və Qurban bayramı kimi təqvim tarixlərində Quba rayon Qırmızı qəsəbə bələdiyyəsi tərəfindən 40 nəfər şəhid ailəsinə yardım edilib.

Ölkəmizdə hökm sürən, pandemiya, karantin dönəmində də bələdiyyə sədri Yadadayeva Yafo Ariilovna rayonda yaşayan həssas təbəqədən olan sakinlərə diqqət və qayğısını əsirgəməmişdir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu, maliyyələşməsi, onların əmlakı, torpaqları, əraziləri, bələdiyyə üzvlərinin səlahiyyətləri haqqında qanunları və digər normativ sənədləri rəhbər tutan Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsi fəaliyyət göstərdiyi illər ərzində rayonun iqtisadi, sosioloji, ekoloji problemlərinin həllində yaxından iştirak etmişdir.

Bələdiyyə vergilərinin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin sosial, ekoloji, iqtisadi problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın bələdiyyənin balansına keçirilməsi və yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə yaxından iştirak edilməsi kimi məsələlər Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsi tərəfindən cari il üçün nəzərdə tutulan işlərin tərkib hissəsidir.

Biz də öz növbəmizdə ölkəmizin pandemiya ilə üzləşdiyi çətin dönəmdə işinin öhdəsindən ləyaqətlə  gələn Yadadayeva Yafo Ariilovnaya uğurlar diləyirik!

“Aztv.news”

Seymur Məmmədov