İslamiadanın azərbaycanlı qalibi cəzalandırıldı

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, bunlardan biri taekvondo üzrə dünya və Avropa mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ramin Əzizovdur.

O, iki il müddətinə cəzalandırılıb. R.Əzizovun sanksiyasının başlama tarixi 25 fevraldır.

Həmçinin, cüdoçu Könül Əliyeva da cəzalandırılıb.

O, bir il müddətinə cəzalandırılıb.

Xanım idmançının cəzası fevralın 19-dan başlayıb.

Səbuhi Musayev