İngiltərə Premyer Liqasında gələn mövsüm qış fasiləsi olmayacaq

İngiltərə Premyer Liqasının növbəti mövsümünün təqvim layihəsi məlum olub. 

Premyer Liqanın rəsmi saytında yayılan məlumata görə, mövsüm sentyabrın 12-də başlayacaq. Mövsümün son oyunu isə mayın 23-nə təsadüf edəcək. 

Pandemiya ilə əlaqədar qış fasiləsi olmayacaq. Komandalara yalnız fevral ayında iki həftəlik istirahət veriləcək.