Türkiyə bayraqlarını asdığı üçün AFFA-ya təşəkkür edildi – FOTO

Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya təşəkkür edib.

TFF AFFA-nın inzibati binasında asılan Türkiyə bayraqlarına görə yerli futbol qurumuna minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” Bakı Olimpiya Stadionunda “Qalatasaray”la qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.