Günün mübarək, Seymur Məmmədov! – foto

Bəzən gündəlik həyatımızda rastlaşdığımız insanların yanından ötəri keçirik. Onların bəzisi bizim üçün sıradan biri kimi görünür. Amma yaxından tanıdıqca həqiqətən də bizim həyatımızda onun da rolu olduğunu anlayırıq. Bu gün haqqında danışacağımız Seymur Məmmədov da bu qəbildəndir.

Seymur Məmmədov 1980-ci il 18 sentyabrda dünyaya göz açıb. Ta məktəb illərindən bacarıqlı olması ilə seçilən gənc özünün xüsusi istedadı və bacarığı sayəsində bu gün mətbuat nümayəndəsidir.

Dövrü mətbuatda kifayət qədər informasiya portallarının olduğu zamanda “aztv.news”-in adının xüsusilə çəkilməsi, tanınması birbaşa Seymur Məmmədovun  əməyinin bəhrəsidir.

O, işıqlandığı hər bir mövzuda, istər tənqid, istər informasiya xarakterli yazılarda nə həddindən artıq tənqidə, nə də ifrat tərifə yol verməz. Bu da onun sözə, sənətinə, seçdiyi peşəsinə olan hörmətindən irəli gəlir.

“aztv.news”-in baş direktoru kimi məsul vəzifə daşıyan Seymur müəllim idarəçilik etdiyi kollektivdə də özünəməxsus xüsusiyyətləri ilə seçilir. O, bir az emosional, bir az zarafatcıl, bir az da küsəyəndir. Ancaq tez küsdüyü kimi, tez də barışandır. Bu günə qədər hörmətli olmasının əsas səbəbi özünün qarşı tərəfə göstərdiyi hörmətdən irəli gəlir.

İnsan hansı yaşda olursa-olsun, təqvimin 365 günündən məhz öz tarixində daha çılğın, daha emosional, daha şıltaq olur. Bu da anlaşılandır. Çünki bu gün sizin gündür, Seymur müəllim! Gününüz mübarək! Yüz yaşayın, daim var olun! Biz Sizi çox istəyirik!

“aztv.news”-in kollektivi