BTQ-nin Gürcüstan hissəsində 18 yeni yol ötürücüsü inşa olunub

 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 18 yeni yol ötürücüsü inşa olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə layihənin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib.
Onların 16-sı büzülmüş metal konstruksiyalardan tikilib. Mövcud 36 yol ötürücüsünün 8-i isə təmir-bərpa olunub.
İnşaat işlərində həm dəmir beton, həm də büzülmüş metal konstruksiyalardan istifadə edilib. Büzülmüş metal konstruksiyalardan yol ötürücülərinin tikintisi Gürcüstanda ilk dəfə həyata keçirilib.