Tramp özünü təriflədi

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirus pandemiyası qurbanlarının sayının 200 000-i keçməsinin dəhşətli hal olduğunu bildirib.

Bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.

D.Tramp qeyd edib ki, onun rəhbəri olduğu administrasiyanın fəaliyyəti olmasaydı, ölüm halları bundan qat-qat çox ola bilərdi.

“Siz bizim alternativlərimizə baxın – ölüm halları iki milyon yarımdan çox ola bilərdi”, – deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının (7 097 937 nəfər) aşkar edilməsi və virusdan ölənlərin sayına (205 471 nəfər) görə, dünyada birinci yerdədir.