Minskdə aksiyaçını saxlayan polis onun skeytbordunu əvvəlcə sürdü, sonra zibilə atdı – VİDEO

Belarus lideri Aleksandr Lukaşenkonun inauqurasiyasından sonra keçirilən etiraz aksiyalarında iştirak edən skeytbord həvəskarının saxlanması görüntüləri paylaşılıb.

Bu barədə “REN TV” məlumat yayıb.

Kadrlarda dörd polis əməkdaşının aksiyaçını aparması müşahidə olunur. Polislərdən biri skeytbordu sürdükdən sonra zibil qutusuna atıb.

Videonu çəkən Minsk sakini də polisin skeytborda minməsinə “qıra bilərsən” deyə qışqıraraq reaksiya verib.